Fotosessiya
Fotosessiya

Bred Pittin tikdirdiyi evlər çürük çıxdı

Bred Pittin tikdirdiyi evlər çürük çıxdı

Hollivud ulduzu Bred Pittin Katrina qasırğa qurbanları üçün qurduğu “Make It Right Fondu” tərəfindən tikilən 109 evin əksəriyyəti yararsızdır.

OLAY yazır ki, vəqf 26,8 milyon dollar xərcləyərək inşa edilən mənzillər bir müddət əvvəl qasırğa qurbanlarına çatdırılıb.

2008-2015-ci illər arasında tikilmiş evlər 150.000 dollara, öz qiymətindən çox aşağı satılıb. Ancaq əksər evlərdə Yeni Orleanın subtropik iqliminə və güclü yağışa tab gətirmək üçün lazım olan yağış kanalları və ya suya davamlı boya kimi əsas şeylər yoxdur.

Qasırğa qurbanlarının köçürülməsindən 8 ay sonra əksər evlərdə problemlər yaranıb. 2022-ci ilin əvvəlinə olan məlumata görə, 6 evin kif, çürümə, su basması və müxtəlif struktur problemlərinə görə boş olduğu öyrənilib. 

Bir neçə ev sahibi hələ də idarə heyətində olan Bred Pittin fondunu məhkəməyə verib.