Uzun müddətdir aktyor Gökhan Alkanla eşq yaşayan Nəsrin Cavadzadə ötən gün gözəllik salonuna gedərkən görüntülənib.
OLAY yazır ki, sevgilisi üçün bir neçə gün əvvəl ad günü sürprizi edən Cavadzadə KİV-i görərkən təşvişə düşüb.
Suallardan qaçmağa çalışan aktrisa divarın üstünə çıxaraq dəmir barmaqlıqlardan tullanıb, daha sonra qaçmağa başlayıb.
Lakin o, yenidən jurnalistləri görəndə təəccüblənib və “rəzil olduq” şərhini verib.
Nəsrin sözlərinə “Bir yerə tez çatmalıyam, dedim ki, belə qalsam, çox vaxt itirərəm, deyəsən, indi də gecikmişəm. Heç olmasa şəkil çəkdirməyi dayandırın. Mənə çox maraqlıdır ki, bu xəbəri necə strukturlaşdıracaqsınız? Heç olmasa hoppandığım divarları çəkin”,- deyə əlavə edib.
Aktrisa junralistlərin “İlin ən yaxşı qaçan artisti mükafatını alacağınız”,- sözlərinə gülərək cavab verib.