Məhkəmə məşhur türk aktrisa Farah Zeynəb Abdullahla bağlı qərar verib.
OLAY yazır ki, Musa Orhana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə sənətçinin 2 il 4 aya qədər həbsi tələb olunurdu.
Məhkəmənin qərarına əsasən, aktrisa 1300 lirə (təxmini 116 manat) məbləğində cərimələnib.
Qeyd edək ki, İpek Erin adlı qıza təcavüz etdiyi iddia edilən M. Orha bir çox məşhur tərəfindən tənqid və təhqir olunub. Buna görə o, aktrisa Ezgi Mola başda olmaqla həmin şəxsləri məhkəməyə verib.