Müğənni Britni Spirs həyatı və sağlamlığı üçün yaxınlarının təcrübəsinə baxmayaraq həkimlərlə yaşamaqdan imtina edib.

OLAY yazır ki, bu barədə TMZ məlumat yayıb. Spirsin komandası yaxın iki ayda ulduzun həyatına rəsmi müdaxilə etməyi planlaşdırırdı. O, Los-Ancelesdə xüsusi olaraq kirayə götürdüyü evdə əri Sem Asqeri, meneceri və həkimləri ilə birgə yaşamalı olub.

Britni həkimlərlə yaşamaqdan imtina edib

Bundan əvvəl çoxsaylı mənbələr psixi problemlər və reseptlə verilən dərmanların düzgün istifadə edilməməsi səbəbindən Britni Spirsin həyatının təhlükə altına düşə biləcəyini bildirirdi. Hər şeyin 2008-ci ildəki kimi olacağını bildirirlər. Onun ya özünün öləcəyini, ya da kimisə öldürəcəyi ilə bağlı ciddi qorxular var”, - deyə, anonim insayderlərdən biri jurnalistlərə söyləyib.

Britni həkimlərlə yaşamaqdan imtina edib

Qeyd edək ki, bir neçə gün əvvəl Britni qalmaqalın mərkəzində idi. Aktrisa Alissa Milano tvitində “Xahiş edirəm, kimsə Britni Spirsi yoxlasın”, - deyə, yazıb. Bu tvit aktrisanın izləyiciləri arasında rezonans doğursa da, müğənninin özünü hiddətləndirib.

Britni həkimlərlə yaşamaqdan imtina edib