Film / Serial
Film / Serial

Kanye arvadına çəkdiyi filminin ilk çılpaq kadrını yaydı

Kanye arvadına çəkdiyi filminin ilk çılpaq kadrını yaydı

47 yaşlı dünya şöhrətli reper və iş adamı Kanye Uest (Ye – yeni adı) sosial şəbəkədə qalmaqallı həyat yoldaşı Bianka Sensori haqqında özünün canlandıracağı filmin ilk afişasını yayımlayıb.

OLAY yazır ki, sözügedən afişada 30 yaşlı Bianka arxası kameraya tərəf çılpaq vəziyyətdə uzanmış görünüb.

Fotonun altındakı şərhdə reper filmin Yaponiyada çəkiləcəyini, rejissor kreslosunda italyan rəssam Vanessa Bikroftun əyləşəcəyini bildirib. Prodüser qismində Uest özü çıxış edəcək.

“Yaponiyada çəkilmiş ilk bədii filmində rol aldığı üçün həyat yoldaşımla fəxr edirəm”, - deyə Kanye yazıb.

Musiqiçinin film çəkmək planları bu yaxınlarda məlum olub. 

“The Post” nəşrinin  məlumatına görə, film Biankanı Kanyenin gözü ilə göstərəcək:

“Sakitlik və xaos. Hər şey Bianka üzərində cəmləşəcək. O, ulduzdur”.