Aktyor Cem Uzunoğlu maraqlı açıqlamalar verib.
OLAY yazır ki, o Melis İşitenin verilişində qonaq olarkən rol aldığı “Şakir Paşa ailesi” serialının çəkiliş meydanında baş verən yanğınla bağlı danışıb. Aktyor çəkilişlər bitdikdən sonra üçüncü dəfə də yanğının baş verdiyini və hər şeyin yanaraq kül olduğunu bildirib.
Xatırladaq ki, serialın çəkilişləri zamanı ard-arda baş verən yanğınlar, Şakir Paşa ailəsinin nəvələrinin şikayətləri, serialın dəfələrlə cəza alaraq yayımının dayandırılması kimi səbəblərə görə 15-ci seriyadan etibarən çəkilişləri dayandırıldı və serialın yeni mövsümünün çəkilməyəcəyi açıqlandı.