Türk aktyor İsmail Demircinin yeni layihəsi bəlli olub.

OLAY yazır ki, o “Öp elimi” filminin heyətinə qatılıb. Aktyor filmdə “Mehmet” adlı əsas obrazı canlandıracaq.

Layihədə həmçinin Zeynep Çamcı, Özgür Emre Yıldırım da rol alacaq. Filmin çəkilişlərinin bu ayın sonunda başlaması planlaşdırılır.