Ölümündən 60 il keçməsinə baxmayaraq, göz qamaşdıran təbəssümü və gözəlliyi ilə hər zaman gündəmimizdə olan Merilin Monro, sizcə, formasını nəyə borclu idi?
OLAY sənətçinin “Hollivud” pəhrizi adlandırdığı proqramı təqdim edir:
Əvvəlcə onu qeyd edək ki, hər hansı diyetə başlamazdan öncə həkiminizlə məsləhətləşməlisiniz.
Günümünüzün ən böyük problemlərindən olan “ideal bədən” anlayışı sosial şəbəkənin həyatımıza o qədər də inteqrasiya etmədiyi zamanlarda da, təəssüf ki, varlığını modellərdə və aktyorlarda göstərirdi. Merilinin tətbiq etdiyi pəhriz isə digərlərindən fərqli idi. Səhər yeməyində südlə qarışdırılımış çiy yumurta içməyə üstünlük verən Monro bu cür səhər yeməyinin enerjisini bərpa etməyə kömək etdiyini açıqlayıb. Aktrisa naharda isə mal əti və yerkökünü çox sevdiyini bildirib. O, bu proqramı “Hollivud” pəhrizi olaraq adlandırıb.
Tennis, üzgüçülük və voleybol kimi idman növləri yerinə tez-tez ağırlıq qaldırmağa üstünlük verən sənətçi bunun sinəsinin möhkəmləməsinə kömək etdiyini vurğulayıb. Aktrisa günə hər səhər ən az 10 dəqiqə idmanla başlayıb.
Bir sözlə, Merilin hər sahədə öz qaydalarını yaratmağı sevirdi. Şəxsi baxımdan ümumi qəbul edilmiş qəliblərdən yayınaraq öz proqramını tətbiq edən Monro vurğulayıb ki, əslində bu cür pəhriz proqramlarını öz ehtiyaclarımıza və yeməyi sevdiyimiz qidalara uyğun təşkil etməliyik.