“Əminə Yusifqızının səsləndirdiyi şeirləri ilə böyümüşük”.
OLAY teleqraf-a istinadən yazır ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Brilliant Dadaşova Xalq artisti Əminə Yusifqızı haqqında danışarkən deyib.
“Tələffüzümüzü düzgün formalaşdıran sənətkar idi. Mən ilk dəfə Əminə Yusifqızını Azərbaycan Dövlət Televiziyasına gələndə görmüşdüm. Ona çox heyranlıqla baxırdıq. Başımız sağ olsun”, - Xalq artisti əlavə edib.