WOW
WOW

Miri Yusif kimi klipinə çəkdi?

Miri Yusif kimi klipinə çəkdi?

Xalq artisti Miri Yusif “İstanbul” adlı yeni mahnı ifa edib.

OLAY yazır ki, Türkiyə türkcəsində yazılan bəstənin söz və musiqisini isə Zamiq Əliyev (Yap10) yazıb. Nəğmənin aranjimanı Burak Subaşıya və səs uzlaşması Uğur Özdemirə məxsusdur. Xalq artisti bu nəğməsinə Türkiyədə ekran həyatı verib.

“İstanbul” mahnısına klipi Elay Elxan çəkib. Layihədə baş qəhrəman  ifaçının 17 illik xanımı Nərgiz Mirbabayeva olub.

Sözügedən mahnı artistin rəsmi yutub kanalı və bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.