WOW
WOW

Kişilər bu qış nə geyinəcək? - 16 trend!

Kişilər bu qış nə geyinəcək? - 16 trend!

Moda və paltarlar geri döndü! Geyib-kecinmək təkrarən bizimlədir. Yanvarda keçirilən Payız/Qış 2022 kişi geyim dəfilələri xeyli sayda libaslarla aşıb-daşırdı. Yenilənən enerji özünü Paris və Milanda yetərincə göstərirdi.

Bu səbəblə də baxılacaq, haqqında yazılacaq, toxunulacaq çox şey var idi və şans üzümüzə gülsə, məhsullar bu qış mağazalara çatsa, geyinməyə çox şeyimiz olacaq.

Zamanı gələndə nə alacağımızla bağlı düzgün qərar vermək üçün “British GQ” gözəl bir siyahı hazırlayıb və trendlərdə nələr olacaq onları təqdim edib.

OLAY da bu siyahını sizin üçün yayımlayır. Elə fərz edin ki, 2023-ün yayınadək nə geyinmək lazımdır hamısını bilirsiniz…

Güclü çiyinlərin dönüşü

2022-nin qış kişi dəbinə hakim olan bir siluet varsa, o da ekstra geniş olan çiyinlərdir. Bu trend bir az 80-lərdən, bir az da aqro tərzdən ilhamlanıb. Hər nə qədər insanı fərqli görüntüyə bürüsə də, tez-tez qarşımıza çıxacağı danılmazdır. “Prada”dakı ülgüc kimi kəskin çiyinli dəri trençkotlardan tutmuş “Dolce & Gabbana”dakı lap böyük çiyinlərə qədər olan siluetlər dəbdə olacaq.

Qoşayaxalıları bir araya yığın!

Qoşayaxalı libaslar indiyədək isinirdilərsə, artıq Payız və Qışda qüsursuz şəkildə yuxarı səviyyəyə qalxır.

“Dior”, “Parada”, “Versace”, “Dolce & Gabbana”dakı tamamilə “sarınan” pencəklərdən (Sanki özəl tikilmiş libaslar kimi xüsusi diqqətlə hazırlanıb – red.) “Dunhill”dəki qum saatı siluetindəki neopren (sintetik kauçuk – red.) kəmərlərə, oriqami sənətinə bənzəyən qəhvə, xardal və şokolad çalarlarındakı “Etro”, “LV” və “Brioni”lərədək ən yaxşı seçimlər 70-lərin “qəşəng havası”nı yaxalayıb vücudu zərif, boyu isə daha uzun göstərir.

Dərilər əmrinizdədir!

Payız/Qış dəbi şalvar formasında olan ətəklər kimi - tökülən şəkildə dizayn edilən elastik dəri şalvarlardan tutmuş mükəmməl hamarlıqda olan dəri palto və aerodinamik quzu dərisi “bleyzr”laradək vücudun hər tərəfini örtən ən yaxşı məhsulları təqdim etdi.

Təsiri “Rick Owens”da sərt kəsilmiş dəri şalvarlar qədər sərt idi, lakin “Dior”da kanal tikişli paltolara və “Hermes”dəki kakao çəyirdəyi rəngindəki yumşaq dəri kostyumlara yumşaq bir aura hakimdir.

Hələ kombinzonları demirik!

Tənbəl kimi geyinmək geri də qalsa da, həqiqəti heç nə dəyişmir. Rahat geyinmək istəyənlər bir neçə sezondur “oversize” trendə müraciət edir. Böyüyüb yeriməyə başlayan uşağın tərzində olan ən yaxşı kombinzonlar “Kenzo” və “Dolce & Gabbana”dadır. “Prada”nın məhsuluna müraciət etsəniz, özünüzü hansısa komsik stansiyada olmuş kimi hiss edə bilərsiniz.

Hər yerdə tüklər!

Dünyanın ən önəmli brendlərinin bir çoxunun kürksüz və sadəcə imitasiyadan ibarət görüntüləri çaşdırıcı dərəcədə güclü idi.

Sviterlər yenidən dəbdə!

Bir zamanların qalın və yumru sviterləri qorxulu Yeni il hədiyyəsi idi, indi dünyanın ən önəmli dizaynerləri sadə bir “nənə hörgüsünü” qış qarderobunun ən önəmli detalı olaraq yenidən qarşımıza çıxarır.

Bu il sviterlərdə günəş sarısı hörmə və düyünlər də dəbdədir. Beləcə yüzlərlə parçadan ərsəyə gətirilən bu libaslar tək başına var olduğunu təsdiq edir.

“Oversize” safari gödəkçələr

Paris və Milanın podiyumlarında böyükölçülü, çoxcibli Safari gödəkçələrə baxdığınız zaman başa düşəcəksiniz ki, funksionallığın kişi modasına daha çox istiqamət verdiyi başqa heç bir yer yoxdur.

“Dior” və “Louis Vuitton”da klassik daş və boz rəngli safari üslublu gödəkçələr qurşaqlı beli zərif şəkildə göstərib, “Paul Smith” və “Prada” isə naxışlarla trendə qoşulublar. Hansı növ safari gödəkçəsini seçdiyinizdən asılı olmayaraq, əsas odur ki, iri cibləri olan bir şey aldığınıza əminsiniz!

Sərt burunlu botlar!

Sərt burunlu çəkmələr bir müddətdir dünya podiyumlarında özünü göstərir. Payız/Qış sezonu üçün qara botların ən yaxşılarını qısa burun çəkmələrin kostyum şalvarları ilə birləşdiyi “Prada”dan tapmaq olar.

Hər zamankından da qara!

2022-nin Payız və Qışı üçün də qara libaslar vaz keçilməzlər arasındadır!

Jiletlər hələ də buradadır!

Dəb jiletləri sevir! Sadə jiletlər “Jil Sande” və “Cos” kimi asan geyinilən brendlərdə daha lüks olaraq qarşımıza çıxır, sözügedən libaslar “Prada” və “Marni” markalarında isə daha diqqətçəkəndir. Bu qolsuz hörgülü libaslar önümüzdəki sezon hərəkətli və rəngli halları ilə ön planda olacaq.

Üstümdə vəhşi izlər!

“Jil Sander”in heyvani naxışları hiyləgərcəsinə podiyumlarda gəzirdi, “Versace”də qara rəngli parçaların üstündən abstrakt bəbir çaplı köhnə bir palto asılmışdı. Pop mədəniyyətindən olan bəbir sviterlər “Dolce & Gabbana”da üzə çıxırdı, “Dior”da isə bəbir naxışlı beretlərdən tutmuş bol köynək yaxalıqlı gödəkçələrə qədər hər şey var idi.

Çəkələklərin görkəmli zirvəsi!

Karantin dönəmindən sonra xüsusi dizayn olunmuş çəkələklər populyarlıq qazandı. Bu sezon isə çəkələklər görkəmli zirvələrdə pərvaz edirlər və edəcəklər!

Pijama kimi paltolar!

Yumşaq çiyinli, beli sarıyan zərif, yumşaq və ideal şal yaxalıqlı bu sezonun ən güclü libasları ikiüzlü kəşmir parçalardan tikilən paltolardır.

Çəhrayıya yer aç!

Əyləncəli və çaşdırıcı dərəcədə asan geyinilən çəhrayı mövsüm nə olursa, olsun hər zaman istifadə edilməlidir.

“Oversize”şalvarlarlılar karvanına qatıl

Castin Biberin əynindən çıxarmadığı bol şalvarlar geri dönüb və bu mövzuda heç nə edə bilmərik!

“Louis Vuitton”, “Balenciaga”, “Y/Project” və “Vetements”dəki yüksəkbelli stillərdənsə, bəlkə də trendi asanlıqla yaxalamağın yolu “Kenzo”dakı modellərdir. “Nigo” da bu mövzuda öz sözünü deyir!

Ölümünə qırmızı!

Çəhrayıdan sonra Payız/Qış dəbinə digər hakim olan rəng parlaq, cəsur hemoqlobin qırmızısıdır. Parisdəki dizaynerlər qüsursuz çalarlarda gündəlik sviterlər, şiş gödəkçələrlə bu missiyanı tamamlayıblar.

Milanda “Etro”, “Fendi”, “Dolce & Gabbana”nın dəfilələrində parlaq qırmızı kostyumlar qabarıq amma zərif gözəlliyə sahib idi. Önümüzdəki sezon üçün təkrəngli bir məhsul istəyirsinizsə, tövsiyyəmiz hər şeylə möhtəşəm görünən cəsur bir tünd qırmızı kəşmir sviterdir. Hətta çəhrayı!