Olay
Olay

“Mənə heç kim qadağa qoya bilməz”

“Mənə heç kim qadağa qoya bilməz”

Xalq artisti Zülfiyyə Xanbabayeva geyim tərzi ilə bağlı danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Söhbət var”da açıqlamalar verib. Xanbabayeva deyib ki,  əsasən qara rəngdən istifadə etdiyi üçün kombinasiyalarının eyni olmamasına diqqət edir:

“Bir şeydə çətinlik çəkirəm, çoxu qara rəng olduğu üçün eyni görünür. Buna görə, beyin çalışır. Xüsusilə də sonuncu kostyumum diqqət çəkdi. Bir yerə gedəndə qadınları geyindirməyə başlayıram, yəni xəyalımda, fikirləşirəm ki, bunu geyinsə, yaxşı olar və sairə. Bu da bir yaradıcılıq, sənətdir”.

Xanbabayeva deyib ki, həmişə özünü çərçivəyə salıb:

“Mənə heç kim qadağa qoya bilməz, çərçivəyə sala bilməz. Sadəcə, bilmişəm nə etsəm, evdəkilərin xoşuna gəlməz. Onu düşünüb özümə qadağa qoya bilərəm. Şəxsi həyatımda, səhnəmdə qadağalar var. Özümü çərçivəyə salmağım məni yorub. Amma bununla barışmışam. Əvvəl deyirdim, valideynlərimə söz gəlməsin, sonra evdə uşaqlar böyüyür, sonra nəvələr, axırda ailəm və sonda ailəm... Qurban verməmişəm. Ağlın olsa, hər şeyi balansa sala bilərsən. Nəyisə qurban verərək görmək istəmirəm. İşi zövqlə görməlisən”.