Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə-tibbi ekspertiza hesabatının detalları açıqlanıb.
OLAY yazır ki, Tibb Qurumu tərəfindən hazırlanmış hesabatda Güllünün qanında 3,53 promil alkoqol, göz içi mayesində isə 343 mq/dl etanol aşkar edildiyi bildirilib.
Bundan əlavə, sənətçinin qanında reseptlə istifadə etdiyi aşağı dozalarda anksiyolitik və mədə qoruyucu dərmanların olduğu qeyd olunub. Sidik analizində isə ağrıkəsici qalıqlarına rast gəlinib.
Bu nəticələr, sənətçinin yıxılma anında yüksək miqdarda alkoqol və dərmanların təsiri altında ola biləcəyini göstərir. Mütəxəssislər bu tapıntıların hadisənin qəza nəticəsində baş vermiş olması ehtimalını gücləndirdiyini bildirirlər.
Lakin prokurorluq, ölümün dəqiq səbəbini müəyyən etmək üçün hadisə yerindən olan kamera görüntüləri, şahid ifadələri və toksikoloji analiz nəticələrini birlikdə qiymətləndirməyə davam edir.