Türk müğənni Atiye illər sonra bacısını tapdığını açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Bambaşka söhbetler” verilişində danışıb. Atiye deyib ki, bacısının olduğundan xəbərsiz imiş:
“Eyni şəhərdə yaşayırmışıq. O da musiqiçidi, bəstələri var. Bir-birimizi tapdıq. Atam illər əvvəl demişdi ki, bir bacın ola bilər. Ailə arasında mövzunu tam açmadı. Araşdırdım və bacımı tapdım. Əvvəlcə şəklini gördüm. Mənə də, atama da çox oxşayır. Onun üçün böyük şok oldu”.