ATV-nin keçmiş aparıcısı Vaqif Aydınoğlu qızı Nuranla paylaşım edib.
OLAY yazır ki, o, qızının Çində təhsil alacağını vurğulayıb:
“Asia Europe Business School”un tələbəsi adını qazanan Nuranım. Avropanın bir neçə universitetində təhsil almaq haqqı qazansan da cəsarətli qərar verərək Çində, Şanxaydakı universiteti seçmən məni xüsusilə qürurlandırdı. Hər zaman yolun açıq olsun, ağıllı balam. Övlada verəcəyimiz ən böyük miras təhsildir, xüsusilə də qız övladlarımıza. Allah bütün balaları qorusun”.
Qeyd edək ki, Nuran V. Aydınoğlunun Samirə Mustafayeva ilə evliliyindəndir.