WOW
WOW

Nəsrinin Bakı paylaşımları

Nəsrinin Bakı paylaşımları

Bir neçə gündür reklam çəkilişləri ilə bağlı Azərbaycana gələn aktrisa Nəsrin Cavadzadə Bakıdan fotolar paylaşıb.

OLAY yazır ki, sənətçi Bakı Bulvarı, Heydər Əliyev Mərkəzi və Qız qalasının önündə Həsən Əliyevin obyektivinə pozalar verib. Nəsrin fotolarına “Şəhərlərin gözəli, gözəllərin şəhəri Bakı” şərhini yazıb.

Qeyd edək ki, Cavadzadə 30 iyul 1982-ci ildə Bakıda doğulub. 1993-cü ildə ailəsi ilə birlikdə Türkiyəyə köçən sənətçi orada təhsil alıb. Aktrisa 2014-cü ildə “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə “Altın Portakal” mükafatı qazanıb.

“Yasak elma”, “Bizim hikaye” və “Üç kuruş” serialları ilə şöhrətini daha da artıran Nəsrin hazırda Türkiyənin ən tələbatlı aktrisaları sırasındadır.