İncəsənət
İncəsənət

“Altın Kelebek” baş tutdu - YENİLƏNİB

“Altın Kelebek” baş tutdu - YENİLƏNİB

Bu gün Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilir. 

OLAY yazır ki, 47-ci dəfə baş tutan tədbir Kanal D-də birbaşa yayımlanır. Müxtəlif kateqoriyalar üzrə qaliblərin açıqlanacağı gecənin aparıcıları Cem Davran və Çağla Şikeldir. 

Azərbaycandan isə Ayaz Babayev, Nahidə Babaşlı və Çinarə Məlikzadə mərasimdə iştirak edir. Onlar “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə namizəddirlər. 

***

“Altın Kelebek” mükafatlandırma mərasimi aktrisa Demet Özdemirin rəqs şousu ilə başlayıb.

Əvvəllər rəqqasəlik etmiş sənətçinin şousu alqışla qarşılanıb.

***

“Masumlar apartmanı” serialının iki ulduzu eyni mükafata layiq görülüb.

Merve Dizdar və Ezgi Mola “Ən yaxşı qadın aktyor” kateqoriyası üzrə qalib olub. Ezgi səhnədə çıxışı zamanı xoşbəxtlikdən kövrəldiyini söyləyib.

O, Merve ilə eyni mükafatı paylaşdığı üçün də xoşbəxt olduğunu deyib. 

 

***

Aktyor Çağlar Ertuğrul “Altın Kelebek” mükafatlandırma mərasimində “Ən yaxşı kişi aktyor” kateqoriyası üzrə qalib olub.

O, “Teşkilat” serialındakı roluna görə, bu mükafata layiq görülüb. Çağların çıxışı zamanı maraqlı anlar yaşanıb.

O, bir müddət öncə başqa mükafatlandırma mərasimində baş verən Tamer Karadağlı və Nihal Yalçının dialoquna toxunub. Çağlar geriyə baxaraq “Axamda mimikalar edir deyə düşündüm” deyib.

***

Burcu Biricik, Feyyaz Şerifoğlu, Tamer Levent kimi simaların rol aldığı  “Camdaki kız” serialı “Ən yaxşı serial” mükafatına layiq görülüb. 

Serial komandası ilə yanaşı eyni adlı kitabın müəllifi Gülseren Budayıcıoğlu da səhnəyə çıxıb. O, da öz növbəsində mükafat üçün təşəkkür edib.  

***

Tanınmış aparıcı Müge Anlı “Altın Kelebek”də iki mükafata layiq görülüb. 

Onun aparıcısı olduğu proqram “Ən yaxşı gündüz proqramı” mükafatına layiq görülüb. Müge isə “Ən yaxşı qadın aparıcı” olub.

O, çıxışı zamanı çox həyəcanlandığını, proqramının uğurlarına görə sevindiyini söyləyib. Mügenin çıxışı zaldakı qonaqları da kövrəldib.

***

“TV 8” kanalının rəhbəri Acun Ilıcalı “Ən yaxşı kişi aparıcı” mükafatına layiq görülüb.

O, çıxışı zamanı ötən günlərdə bir yaxınını itirdiyini söyləyib. Acun həmçinin mükafatı qızlarına ithaf edib. 

***

Mərasimdə “Ulduzu parlayanlar” kateqoriyası üzrə Ahsen Eroğlu, Cemre Baysel və Melis Sezen mükafat alıb. 

Onlara mükafatı aktrisa Demet Özdemir təqdim edib. Xüsusilə də Cemrenin çıxışı diqqət çəkib.

O, səhnəyə qədər sevgilisi Aytaç Şaşmaz ilə addımlayıb.

***

“Kardeşlerim” serialının balaca aktrisası Aylin Akpınar “Ən yaxşı uşaq aktyor” mükafatına layiq görülüb. 

***

Tanınmış müğənni İbrahim Tatlıses “Ömürlük iftixar” mükafatına layiq görülüb. 

Onun mükafatını almaq üçün qızı Elif Ada səhnəyə dəvət olunub. Lakin o, həyacanlandığı üçün çıxa bilməyib. 

***

“Bilmem mi” mahnısı ilə məşhurlaşan Sefo “Ən yaxşı reper” mükafatına layiq görülüb.

***

“Ən yaxşı romantik komediya aktrisası” mükafatı “Ada masalı” serialındakı rolu ilə Ayça Ayşin Turana verilib. O, mükafatı bir ay əvvəl itirdiyi atasına ithaf edib.

“Ən yaxşı romantik komediya kişi aktyoru” kateqoriyası üzrə Aytaç Şaşmaz qalıb olub. 

“Ən yaxşı romantik komediya serialı” isə Kerem Bürsin və Hande Erçelin rol aldığı “Sen çal kapımı” serialı olub.

***

“Ən yaxşı serial cütlüyü” mükafatı da Hande Erçel ile Kerem Bürsinə verilib. Onlar tədbirə çəkilişləri olduğu üçün qatıla bilməyiblər. 

***

“Ən yaxşı serial musiqisi” “Masumlar apartmanı” serialına verilib. 

“Ən yaxşı ssenari” “Bir başkadır” serialı ilə Berkun Oyaya verilib. 

“Ən yaxşı rejissor” mükafatını da “Masumlar apartmanı” serialının rejissorları qazanıb.

***

    

“Ən yaxşı qadın influencer” Raşel Aras Kiresepi, “Ən yaxşı kişi influencer” isə “Survivor” çempionu Cemal Can Canseven olub.

***

“İlin ən yaxşı çıxışı” mükafatının sahibi  Burak Bulut və Kurtuluş Kuş olub. Eyni mükafata “Cennetden çiçek” mahnısının ifaçısı Zehra da layiq görülüb.

***

“Ən yaxşı dicey” kateqoriyası üzrə qalib Burak Yeter olub.

***

“Ən yaxşı klip” mükafatına Burayın “Deli kız” klipi layiq görülüb. 

***

“Ən yaxşı komediya serialı” mükafatının sahibi “Çok güzel haraketler bunlar 2” olub.

“Ən yaxşı komediya serialı aktrisası” isə Günay Karacaoğlu olub. “Ən yaxşı komediya serialı kişi aktyoru” Cengiz Bozkurt olub.

***

Hadise “Ən yaxşı qadın müğənni” olub. O, gecəyə sevgilisi Mehmet Dinçerler ilə birgə qatılıb. Çıxışı zamanı “Mehmet, tədbir boyu əlimi tutdun. Təşəkkür edirəm”,-deyə bildirib.

***

“Ən yaxşı kişi müğənni” kateqoriyası üzrə Edis qalib olub. Həmçinin, Edisin Emrah Karakuyu ilə birgə hazırladığı “Martılar” mahnısı “İlin mahnısı” mükafatına layiq görülüb. 

***

“Ən yaxşı maqazin proqramı” mükafatının qazananı “Maqazin D” olub.