“Ana-atamın, nənəmin, xala və bacılarımın əsas üzü güldü. Bunlar xınanın, qız toyunun adət-ənənəyə uyğun olaraq mənim ürəyimcə olması üçün artıq bəs idi”.
OLAY yazır ki, bu sözləri dünyaca məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Varenberqlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə (Suada Van Varenberq) yazıb.
Ötən günlərdə keçirilən xına mərasiminin həm də qız toyu olduğunu bildirən sənətçi deyib ki, həyat yoldaşı məclisə onlayn qoşulub.
Suada daha sonra sosial şəbəkədə ona yazılan mənfi rəylər barədə şərh bildirib:
“Bir il ərzində minlərlə mənfi mesajlar və şərhlər gəlib. Anladığım qədərilə əsl sevginin nə olduğunu anlamayanlar çoxdur. Bizim münasibətimizdə ən vacib olan qadına və ailəyə hörmət, sevgi var. Anlayış və bir-birimizin iç aləmlərinin uyğun gəlməsi var. Burada ad heç bir rol oynamır. Ərə getdiyim adamı da mən axtarıb tapmamışam. Allah özü bizi qovuşdurub. Biz ruh əkizləyirik.
Xahiş edirəm, nə isə yazarkən digər insanların da duyğuları olduğunu unutmayın. Hər kəsə Allah bir alın yazısı yazıb. Onu da özünüzdən neqativinizi cəmiyyətə yayaraq uzaqlaşdırırsız. Başqalarına nə qədər xoş olsanız, o qədəri də sizə qayıdacaq. Təki mənimlə ərimin arasında olan sevgi və anlayış dolu münasibət bizim subay qızlara da nəsib olsun. Neqativ yayan insanların da Allah yollarını açıq etsin və iç aləmlərinin, düşüncələrinin sərhədlərini genişləndirməyə, şans açaraq əsl sevginin nə olduğunu, sevginin milliyətə, dinə qarışdırmağını anlamağa imkan yaratsın. Əsas insanın ruhudur. O təmizdirsə, həyatı da ruhu kimi gözəl olur. Gözəl insanları da özünə çəkir”.
Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah bağlayıb. Cütlüyün nikahı sosial mediada günlərlə müzakirə olunmuşdu.