Əməkdar artist Dilarə Əliyeva mərhum dostu Cabir İmanovla bağlı açıqlamalar verib.
OLAY yazır ki, o, bu barədə “Astar” TV-yə danışıb.
D. Əliyeva deyib ki, Cabir çox yaxşı ata olub:
“Həyat dolu, sevgi dolu insan idi. Çox yaxşı ata, oğul, yaxşı dost idi. Bütün missiyalarını yüksək səviyyədə yerinə yetirirdi. Övladlarından sevgi dolu danışırdı. Arzuları var idi. Hərtərəfli insan idi. Qızları Londonda təhsil alırdılar, çox gözəl uğurları var idi. Oğulları balacadır, genetika böyük faktordur. Hesab edirəm ki, gələcəkdə belə bir adı eşidəcəyik”.