Prezident İlham Əliyev Sevil Əliyevanı təltif edib.
OLAY yazır ki, dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar S.Əliyevanın sabah 70 illik yubileyidir. O, eyni zamanda SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının fəxri prezidenti, “Space” Televiziyasının qurucusudur.