Yay aylarında dost görüşləri, dəvətnamələr və ya toylar haqqında düşünəndə ləziz yeməklərə “yox” demək daha da çətinləşir.
Bu yay bir neçə vacib məqama diqqət yetirməklə çəkinizi idarə edə bilərsiniz.
OLAY sizə çəkinizdə böyük dəyişiklik olmadan yayı keçirməyin 4 yolunu təqdim edir.
Birincisi, burgerləri görməzdən gəlin.
Hamburgerlər və kolbasalar, əlbəttə ki, yay manqalları üçün mütləqdir. Ancaq kalori, yağ və karbohidratlar dedikdə, onların yayda ən yaxın dostunuz olduğunu söyləmək çətindir.
Burger inqrediyentlərinizi yox etmək üçün kahı yeyin. Boşqabınızın sağlam tərəfini yaratmaq üçün pomidor, duzlu kələm (podaqra üçün faydalıdır), kahı, yerkökü, soğan və daha çox tərəvəzdən də istifadə edə bilərsiniz.
İkincisi, öz sağlam qidanızı özünüzlə gətirin!
Gedəcəyiniz yerdə sağlam qida olmayacağından narahatsınızsa, özünüzlə aşağı kalorili yeməkləri apara bilərsiniz.
Xüsusilə salatlar və qızardılmış tərəvəzlər asan seçimlər olacaq.
Üçüncüsü, şəkərli qidalardan və içkilərdən imtina edin!
Buzlu çay kimi şəkərli içkilər sağlamlığınıza mənfi təsir göstərə bilər. Qan şəkərinizi yüksəltmək əvəzinə təzə meyvələr yeyin.
Dördüncüsü, yeməkdən əvvəl detoks edin!
Əylənəcəyinizi və sağlam qidalanma qaydalarını pozacağınızı bilirsinizsə, getməzdən bir neçə gün əvvəl detoks edin. Odur ki, detoks suları ilə gün ərzində maddələr mübadiləsini stimullaşdıracaqsınız.