WOW
WOW

Yayda qarşılaşdığımız 5 gözəllik problemi və həlli

Yayda qarşılaşdığımız 5 gözəllik problemi və həlli

Xüsusilə yay aylarında temperaturun artması ilə bəzi gözəllik problemləri üzə çıxır. İstər tətildə olsanız, istərsə də öz şəhərinizdə, bu problemlərdən biri ilə qarşılaşacaqsınız.

OLAY yayda kabuslara səbəb olan dəri, makiyaj və saç problemlərinə həll yolları təqdim edir!

Birincisi, günəş yanıqları.

Ağrılı, yuxusuz gecələrə səbəb olan bu problem dəri ləkələrinə və sonrasında daha böyük nəticələrə səbəb ola bilər. Odur ki, günəşdən qorunmanın əhəmiyyətini bu mövzuda qeyd etməliyik. Yayda günəşdən qoruyucu kremlərdən istifadənin artırılması faydalıdır. Bundan əlavə, günorta saatlarında birbaşa günəşə məruz qalmamaq ala biləcəyiniz ən vacib ehtiyat tədbirlərindən biridir!

İkincisi, dodaqların rəngsizləşməsi...

Günəş təkcə dəri yanıqlarına səbəb olmur. Həmçinin, dodaqlarda quruluq, çatlama və rəng itkisinə əmələ gətirir. Günəşə çox məruz qaldığınız zaman dodaqlarınızın piqmentasiyası zədələnir və tutqun rəngə çata bilir. Bunun qarşısını almaq üçün müxtəlif dodaq məhsullarından, bərpaedici pomadalardan istifadə edə bilərsiniz.

Üçüncüsü, tərdən və nəmdən şişən saçlar...

Yay aylarının bəlkə də ən bezdirici problemidir. Diqqətlə tərtib edilmiş saçlar, bir qədər aktiv bir gün keçirdiyiniz zaman baş dərinizin təri ilə tüklü olmaqla bütün sehrini itirir. Buna görə müxtəlif quru şampunlardan və uşaq pudrasından istifadə edə bilərsiniz. Daha rahat saç modelləri seçməyi də unutmayın. Əgər saç dəriniz çox yağlıdırsa, gilli şampunlardan əldə edin.

Dördüncüsü, sızanaq problemləri...

Yay istisində tərləmə sürətinin artması ilə məsamələrin yağlarla tıxanması orqanizmdə sızanaq problemlərinə səbəb ola bilər. Xüsusilə bel, sinə, qoltuq altı kimi nahiyələr bu şikayətin müşahidə edildiyi yerlərdir. Bu problemi dəstəkləyən başqa bir detal isə yay aylarında tez-tez qəbul edilən duşlardır. Skrab və ya dəsmal istifadə etmədən tez təravətləndirmək üçün qəbul etdiyiniz duşların məsamələrinizin və dərinizin təmizlənməsində çox təsirli olduğunu söyləmək olmaz. Yayda bədəndəki sızanaqların qarşısını almaq üçün tərkibində yaşıl çay və ya bədən təmizləyici məhsullar olan duş gellərindən istifadə edə bilərsiniz.

Beşincisi, makiyajın dağılması və əriməsi..

Bu problemin həlli makiyaj məhsullarında daha yüngül maddələrə müraciət etməkdir. Tonal krem və ya konsilerlər yerinə CC kremləri, rəngli günəş kremlərindən istifadə edə bilərsiniz.  Dərinizdəki parıltını minimuma endirmək və dərhal müdaxilə etmək üçün pudranızı gün ərzində çantanızda gəz