Bəzi insanları tanımaq başqalarına nisbətən daha çətindir. Soyuq və ya pis insanlar olduqları üçün yox. Əslində göründüklərindən çox yaxşı və möhtəşəmdirlər. Onları bir az da olsa tanıyanda, bunu başa düşmək olur. Yenə də həmişə “Mən onu həqiqətən də tam tanıyırammı?” şübhəsi qalır.
İnsanların başqalarına güvənsizliyi, əsl xarakterlərini üzə çıxara bilməmələri bürcləri ilə də əlaqəli ola bilir.
Bir çox bürc digərləri ilə ünsiyyət qurmaqda çətinlik çəkmir, dərhal güvənir, bəlkə də illərdir saxladığı sirrini qısa müddətdir tanıdığı adama danışır. Amma bəziləri özlərini açmağı, tez sirdaş olmağı sevmir.
Gəlin, həmin bürcləri tanıyaq!
OLAY ətrafdakılara qarşı özünü qoruyan 5 bürcü təqdim edir.
Birincisi, xərçəngdir. Xərçəng bürcündən olan insanların xarici görünüşü çox sərt olsa da, daxilən istiqanlıdırlar. Təbii ki, onlar əvvəlcə sizə etibar etməyə bilər və yaxın ətrafına girməkdə çətinlik çəkə bilərsiniz.
Xərçəngin sizə etibar etməsini istəyirsinizsə, onlara açıq olmaq və həssas tərəfinizi göstərmək vacibdir. Onlar insanların qayğısına qalmağı sevirlər, ona görə də bir yardım istəsəniz, sizi potensial təhlükə kimi görməyə bilərlər. Onlara ev bitkiləri və ya evlərində bəyənəcəkləri başqa hədiyyələr verə bilərsiniz!
İkincisi, qız bürcü. Xüsusilə işlərində “Bir şeyi düzgün etmək istəyirsənsə, bunu özün edə bilərsən” qaydası ilə yaşayırlar. Qız bürcündən insanlara kömək etməkdə, yaxud da onlardan məsləhət almaqla ayxınlıq edə bilərsiniz. Qızlar kömək etməyi, eyni zamanda haqlı olmağı sevirlər. Əgər onların məsləhətlərinə görə minnətdarsınızsa və bu sizə müəyyən mənada kömək edibsə, bunu həqiqətən qiymətləndirir.
Üçüncüsü, əqrəblər. Onlar bu siyahıda özlərini ən çox qoruyanlardır. Əqrəb, qaranlıq və sıx bir enerjiyə sahib olan Pluton tərəfindən idarə olunur. Buna görə o, yeni tanıdığı birinin gizli niyyətləri olduğuna inanmağa meyillidir, xüsusən də özünü yaxşı aparırsa və başqa heç bir sübut göstərmirsə... Əqrəblər daha qaranlıq düşüncələrə meyilli olduqları üçün başqalarının da eyni şeyi düşündüklərinə inana bilərlər. Onlara daha yaxın olmaq üçün sədaqətinizi sübut etməlisiniz. Ən əsası onları dinləməlisiniz və sizə açılmalarına icazə verməlisiniz. Ən yaxşı yolu isə bir sirrinizdən danışmağınızdır...
Qız bürcü kimi oğlaqlar da başqalarından kömək istəməkdə çətinlik çəkirlər. Oğlaqlar zəhmətkeş və iddialıdırlar, işləri özləri idarə edirlər. Maraqlıdır ki, onlar başqalarının köməyinə o qədər də əhəmiyyət vermirlər. Sadəcə digərlərinin həqiqətən kömək edəcəyinə inanmırlar. Oğlaq bürcünə həyatındakı rolunuzu göstərin. Təəssüf ki, özünüzü sübut etmək üçün az qala CV yazmalı olacaqsınız. Bir az öyünməyə cəhd edə və keçmişdə başqaları üçün etdiyiniz yaxşılıqları gündəmə gətirə bilərsiniz.
Üçüncü, dolçalar... Dolça adətən başqaları ilə danışmaqda və dostluq etməkdə problem yaşamır. Təbiətcə çox mehribandırlar. Bununla belə, xüsusilə sevgi münasibətlərində daha diqqətli ola bilərlər. Dolça çox müstəqildir və bir münasibətə başlamaq onlar üçün prioritetlər siyahısında olduqca aşağıdır. Dolçalar öz aləmlərini sevirlər, buna görə də münasibətlər bəzən onları boğur. Dolçanın sizə romantik münasibət bəsləməsi üçün dostluqdan başlamalısınız. Yaxşı bir dost və bir dinləyici olduğunuzu göstərin, onların yanında olduğunuzu görəcəklər.