WOW
WOW

“Diana “qurban” deyildi”

“Diana “qurban” deyildi”

1997-ci ildə avtomobil qəzasında dünyasını dəyişən Uels şahzadəsi Diana haqqında yeni kitab nəşr olunacaq.

OLAY yazır ki, bu kitab artıq ölkədə böyük müzakirələrə səbəb olub.

Şahzadənin ən çox satılan tərcümeyi-halını qələmə alan britaniyalı yazıçı Tina Braun yeni kitabında Diananın hər kəsin düşündüyü kimi qurban olmadığını bildirib.

Braun  Şahzadə Diana üçün istifadə edilən “aldadılmış, günahsız” ifadələrinin ədalətsiz və incidici olduğunu müdafiə edib.

Müəllif iddia edib ki, Diana “BBC”nin müxbiri Martin Beşirə verdiyi və Şahzadə Çarlzın onu aldatdığını açıqladığı müsahibədən peşman deyildi.

Şahzadə Diananın kral ailəsini sarsıdan bu müsahibəni vermək üçün aldadıldığı ortaya çıxmışdı. Müsahibənin saxta sənədlərlə təşkil olunduğuna dair iddialar rəsmi hesabatda öz təsdiqini tapsa da, “BBC” və 27 il əvvəl müsahibəni aparan jurnalist Martin Bəşir təqsirli bilinib.

Braun isə Diananın müsahibədə sözlərini xüsusi seçdiyini və məqsədinin əri Çarlzdan ayrılması ilə bağlı “qurbana çevirmək” olduğunu iddia edir.

Qeyd edək ki, Şahzadə Çarlz Diana ilə evli olarkən indiki həyat yoldaşı Kamilla Parkerlə də münasibətdə olub.

Diana səs-küylü müsahibəsində deyib ki, Şahzadə Çarlzın Camilla Parker ilə davam edən münasibətləri onun özünə olan inamını sarsıdıb.