İzlənmə rekordları qıran “The Crown” serialında Şahzadə Dianadan bəhs edilən 5-ci sezonda istifadə edilən replika zinət və əntiq əşyalar oğurlanıb.
OLAY yazır ki, İngiltərə kral ailəsindən bəhs edilən serialın çəkilişləri İngiltərənin Donkaster qəsəbəsində gerçəkləşdirilir. Çəkilişlərdə istifadə olunacaq dəyərli əşyalar isə üç ayrı yük maşınında saxlanılırmış.
Oğrular 200 min dollar dəyərində 200 əşyanı götürüb. Polislər bütün əntiq mağazalara onlara gətirilən əşyalara diqqət etməyi tapşırıb.
Bu mövsüm Diananın ailədə təzyiqlərlə üzləşdiyi illərdən bəhs ediləcək deyə bu oğurluq çəkilişlərə təsir etməyəcək. Ancaq hadisə ölkədə Diananın yenə də bəxtsiz olmasına yozulub. Çünki ailədəki müasir tarixə iz qoyan şahzadə ard-ard xoşagəlməz olaylar yaşamışdı.
Diana Şahzadə Çarlzla xoşbəxt olmayan evliliyindən sonra Parisdə yol qəzasında gənc yaşda ölüb. Serialda oğurluq Diananın Çarlzla evliliyi və ayrılıq zamanlarını əks etdirən 1990-1997-ci illər dönəminin çəkildiyi mövsümlə üst-üstə düşüb.