Dünən Azərbaycan milli futbol komandasının üzvü, “Zirə FK” klubunda müdafiəçi kimi çıxış edən Sərtan Taşkının nişanı olub.
OLAY yazır ki, məclis ölkənin məşhur otellərindən birində baş verib. Gecədə Xalq artisti Aygün Kazımova da yer alıb.
Pop ulduz səhnəyə çıxaraq sevilən mahnılarını səsləndirib. Eyni zamanda, tədbirdə sənətçinin duet ortağı Rəsul Əfəndiyev də iştirak edib.
Onlar qonaqlar üçün birgə duet ifa ediblər.