Olay
Olay

Rəsul Krou...

Rəsul Krou...

Müğənni Rəsul Əfəndiyev paylaşımı ilə gündəmə gəlib.

OLAY yazır ki, ifaçı dünya şöhrətli aktyor Rassel Krou ilə kollaj fotosunu izləyicilərlə bölüşüb.

O, sosial media istifadəçilərinə “Tanıdınız? Deyirlər, bənzəyirik” sualını ünvanlayıb. İzləyicilərin çoxu onun sözlərini təsdiqləyib. Yarısı isə “Siz ona yox, o, sizə bənzəyir”, - deyə, rəy yazıblar.