Dünyaca məşhur model və aktrisa Heidi Klum Paris Moda Həftəsində bütün diqqətləri öz üzərinə toplayıb.
OLAY yazır ki, o tədbirə “Vetements” brendindən olan açıq rəngli transparan libas ilə qatılıb.
Onun bu görüntüləri sosial şəbəkələrdə gündəm olub. Bəzi istifadəçilər onun geyimini bəyənməyib tənqid etsə də, bəziləri cəsarətinə görə onu təbrik edib.