Tanınmış prodüser Anar Mədətovun futbolçu oğlu Mahir Emreli koronavirusa yoluxub.  

OLAY yazır ki, bu barədə AFFA məlumat yayıb.  Qeyd olunub ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqradda Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib. 

Vurğulanıb ki, UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.