WOW
WOW

Nəsrinin çantasında nələr var? - Video

Nəsrinin çantasında nələr var? - Video

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Vogue” jurnalı üçün kamera qarşısına keçib. 

OLAY yazır ki, sənətçi müsahibə zamanı çantasındakı əşyaları nümayiş etdirib. 

O, hər zaman yanında olan ətirini, ən yaxın dostunun və anasının fotosunu göstərib. Bundan başqa, Nəsrin sevgilisi Gökhan Alkanla uşaqlıq fotolarının yer aldığı boyunbağısını da göstərməyi unutmayıb. 

“Həmişə yanımdadır. Sevgilim hədiyyə etmişdi. Nə vaxt bir anlaşılmazlıq olsa, buradakı halımıza bax və bizi bağışla, demişdi”,- deyə aktrisa bildirib.

Cavadzadə daim sevdikləri ilə bağlı dəyərli əşyaların yanında olduğunu söyləyib.