WOW
WOW

Viktoriya Bekhem imzası indi çantalarda

Viktoriya Bekhem imzası indi çantalarda

47 yaşlı məşhur dizayner Viktoriya Bekhem yeni çanta xəttini və 2022 Payız/Qış hazır geyim kolleksiyasını tanıtmaq üçün bu həftə Parisə səfər edib.

OLAY yazır ki, enerjili görünüşü ilə diqqət çəkən britaniyalı modelyer adını daşıdığı brendindən olan yaşıl şalvar və pencəkdən istifadə edib.

Bu dəfə çantalar Viktoriya Bekhemın 2022-23 Payız/Qış kolleksiyasının diqqət mərkəzindədir.

Bildirək ki, Bekhem də yaxşı çanta seçməyi bilir. Viktoriyanın şəxsi kolleksiyası xüsusilə Hermès Birkin pərəstişkarlarının üst rəflərində ola bilər.