Heydər Əliyev Sarayında Oskar Uayldın “Dorian Qreyin Portreti” əsəri əsasında tamaşa nümayiş olunacaq.
OLAY yazır ki, 24 oktyabrda baş tutması planlaşdırılan tamaşada Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Firdovsi Atakişiyev, aktyorlar Ziya Ağa, Tural Rza, aktrisa Oksana Rəsulova, müğənni İlhamə Qasımova və başqaları rol alır.
Tamaşanın premyerası Azərbaycandan sonra Polşa, Macarıstan, Makedoniya, Serbiya, Albaniya, Xorvatiya və Kosovada keçiriləcək.
Quruluşcu rejissor Gjorgji Rizeskidir.