WOW
WOW

“Sosial şəbəkələrdəki hər şey yalandır, göstəriş üçündür”

“Sosial şəbəkələrdəki hər şey yalandır, göstəriş üçündür”

Müğənni Xatirə İslam maraqlı çıxışı ilə gündəmə gəlib.

OLAY yazır ki, o “Gün ortası” verilişində qonaq olarkən bu sözləri deyib:

Sadəlik çox gözəldir, ancaq bəzən sadəlik insanı qiymətdən salır, elə yer var ki, orada sadə olmaq lazım deyil.Adi insanların geyimi, avtomobili danışılmır. Ancaq tanınmış simaların maşını ucuzdursa dayanacaqda belə yer olmur o maşına. Ən bahalı maşın hansıdırsa, ən yaxşı yeri ona verirlər. Bu həqiqətdir. Ona görə məşhurlar çətin də olsa, kreditlə də olsa hər şeyin ən yaxşısını almağa çalışırlar. Sadəliyə dəyər verilmir. Ulduz əlçatmaz olmalıdır,göstərişli yaşamalıdır. Sosial şəbəkələrdəki hər şey yalandır, göstəriş üçündür. Yalançı gülüşlər, yalançı gəzməklər,dəbli həyatlar hamısı tamaşaçılara göstərmək üçündür. Sənətçilərin hamısının böyük dərdi, problem var. Allah heç kimə göstərməsin. Səsin, sənətin varsa, səhnədə yerin var. Səsin yoxdursa, gözəl yaşamağa,maşın almağa görə dağıtmayın ailənizi. Sosial şəbəkələr vasitəsi ilə tanınmaq daha asandır. Dinləyicinin zövqü dəyişib, ona görə indiki dövrdə oxunan mahnılar daha tez tanınır”.