Bəlkə də hər gün özümüzə bu sualları veririk: “Nə bişirək? Nə yeyək?”. Bu iş hər birimiz üçün bir işgəncə kimidir. Əslində hər gün nə yeyəcəyimizi bilsək, bu sualdan canımızı qurtararıq. Elə deyilmi? Deyəsən, dünyaca məşhur modelyer Viktoriya Bekhem də belə düşünür. Çünki o, 25 ildir ki, hər gün eyni yeməyi-qızartma balıq və buxarda bişmiş tərəvəz yeyir.
OLAY yazır ki, bu faktı onun həyat yoldaşı futbolçu Devid Bekhem son müsahibəsində açıqlayıb. O, Viktoriya ilə ilk tanış olduğu günlərdən danışıb.
Devidin sözlərinə görə, xanımı illərdir həmin yeməyi yeyir və bundan sonra da belə davam edəcəyini düşünür.
Viktoriya ilə eyni fikirdə olmayan Devid isə yeməkdən böyük zövq alır. Və onun da belə olmasını istəyir. Məşhur futbolçu deyir ki, Viktoriya bir dəfə hamilə olduğu zaman onunla eyni yeməyi yeyib və bu Devid üçün çox xoş olub.
Əslində isə yeməklə bağlı daha əvvəl Viktoriya özü də açıqlama vermişdi. Pəhrizindən danışarkən çox ciddi rejiminin olduğunu demişdi. Viktoriya “Ən sevdiyiniz yemək hansıdır” sualına “Bir az duz səpilmiş qızardılmış çörək” deyə cavab vermişdi. Daha sonra qidalanması haqda açıqlamasına davam edərək əlavə yağ və sous olmadan sadə bişirilmiş çörəyi sevdiyini demişdi.
Devid evdə tək olduğu zaman çox əyləndiyini, özü üçün fərqli yeməklər bişirdiyini də etiraf edib. O, deyib ki, ötən günlərdə ən sevdiyi yeməyi bişirərək özünü mükafatlandırıb.