WOW
WOW

“Uşaqlarımı həbsdən çıxarın” - Etiraz etdi

“Uşaqlarımı həbsdən çıxarın” - Etiraz etdi

Tanınmış aktrisa Nebahat Çehre həbsdə olan tələbələr üçün çağırış edib.

OLAY yazır ki, bu barədə sənətçi sosial media hesablarında açıqlama paylaşıb:

“Uşaqlarımı həbsdən çıxarın! Qəlbim də, ruhum da dözməkdə və anlamaqda çətinlik çəkir. Çox ümidi, həvəsi, sevgisi, eşqi olan gözəllər gözəli uşaqlarımız həbsdədilər, anaları-ataları yasa batıb. Bu ölkədə “sən”, “mən”, “o” yoxdur — böyük bir “biz” varıq. Rəngimiz bəzən boza çalsa da, biz türk millətiyik. Həmişə qırmızı-ağ bayrağımızın qarşısında şənlik tonqalları yandırdıq, yenə yandıracağıq. İstərdim ki, bir sənətkar olaraq, sənəti siyasətdən daha çox danışaq, təəssüf ki, çətindir, amma inancım həmişə var olub, var olacaq. Mən cümhuriyyət qadınıyam. Hamınız kimi, mən də qanımın son damlasına qədər demokratiya, hüquq və azadlığın yanında olacağam. Bir-birimizə qarşı empatiya qurduğumuz, anlayışın qəlbimizdən və ağlımızdan çıxmayacağı gözəl günlərdə görüşmək ümidi ilə. Qəlbim sizinlədir, gözəl uşaqlarım”.