Aktrisa Sonaxanım Əliyeva efirdə göz yaşlarına hakim ola bilməyib.

OLAY yazır ki, sənətçi “Sevilən səhər” verilişində teatrdan uzaqlaşdırılmasından danışıb:

“Mənə dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə işdən çıxaracağıq. 2010-cu ildə məni beləcə teatrdan uzaqlaşdırdılar. 51 yaşıma çatmışam. Ömrümün 31 ilini bu sənətə həsr etmişəm. Mən bu gündən sonra hansı işin qulpundan yapışa bilərəm? Nə edə bilərəm? Sənətimi təmənnasız sevmişəm. İnsan nəyisə təmənnasız sevəndə cavabını istədiyi kimi almır. Teatrla yaşamışam. Universiteti bitirməmiş teatrda çalışırdım. Övladım teatrın pərdə arxasında böyüyüb. Teatr necə mənə doğma gəlməyə bilər?

Bu gün baxıram, həmin teatrın rəhbəri dəyişib. Adını çəkmirəm, adı çox olar. İndi bəlkə eşidir. O utanmadı. Onunla qastrol səfərlərinə getdik. Yanımda oturub mənimlə çörək kəsdi”.