Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin illər öncə Akademik Milli Dram Teatrında qurduğu “İsgəndərə yeni Namə” tamaşası ilə bağlı şok iddia səsləndirilib.
OLAY yazır ki, bu barədə Araz FM-in “Kəşfet” layihəsində aktyor Eltəkin Xan danışıb:
“Akademik Milli Dram Teatrında universitet vaxtı tamaşada rol almışam. Olur ki, kimlərsə intriqa yaratmaq istəyir. Hətta bizim 18-20 yaşımız var idi, tələbəydik. Mehriban Ələkbərzadənin tamaşasında oynayırdıq. Səhnədə real qum və su var idi. Tamaşanın adı “İsgəndərə yeni Namə” idi. Tamaşa vaxtı akjtyorlardna biri yaxınlaşdı ki, Mehriban xanım, qumun içində şüşə var. Kimsə qumun içinə şüşə atmışdı. Belə şeylər olur, amma olmasa daha yaxşıdır”.