Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
OLAY yazır ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.