Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının daha bir tələbəsi beynəlxalq uğura imza atıb.

OLAY yazır ki, akademiyanın tələbəsi Nazilə Hacıyeva 10-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsində “Solo Vocal” kateqoriyası üzrə II yerə layiq görülüb.

Mükafatın təqdimetmə mərasimi 8 noyabr 2026-cı ildə Nyu-Yorkun məşhur “Carnegie Hall” səhnəsində baş tutub.