Aktyor Elcan Rəsulov efirdə göz yaşı töküb.

OLAY yazır ki, “Zarafat bir yana” verilişində atasının vəfatından danışan sənətçi ağlayıb.

“Atam qucağımda dünyasını dəyişib. Evin böyük uşağı mənəm, qardaşımın 7 yaşı var idi. O da başa düşmürdü, sadəcə onu dedim ki, daha ata olmayacaq, bundan sonra ondan nə istəyirsənsə, mənə de. Uşaqdı, dərk etmir. Dedi ki, yaxşı, o nə alsa, sən mənə alacaqsan. Mən də universitetdə oxuyurdum, işləmirdim. Təbii ki, ala bilmirəm. Dedim, hər şey edəcəm, daha qorxma, daha çox şey istə. Heç vaxt ağlamadım, həmişə möhkəm olmağa çalışmışam. İndi elə bir yaşdayam ki, atamın vəfat etdiyi yaşa 9 ilim qalıb. Bİlmirəm, bəlkə də ondan da tez mən ölərəm. Amma nə bacarmışam, hamısını etmişəm, özümü toparlamışam, hamını güldürməyə çalışmışam”