WOW
WOW

Saytlara və Baku TV-yə kiberhücumla bağlı açıqlama!

Saytlara və Baku TV-yə kiberhücumla bağlı açıqlama!

Xəbər verdiyimiz kimi, Baku TV-yə, Baku.ws, Oxu.az, Media.az, Caliber.az xəbər portallarına və Report İnformasiya Agentliyinə kiberhücum olunub.

OLAY yazır ki, bununla bağlı Baku TV-də çalışan məşhur journalist Turan İbrahimov sosial şəbəkə hesabında açıqlama yayıb.

“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir. Bu kiberhücumlarla əlaqədar hazırda “Report.Az”, “Oxu.Az”, "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və “Baku TV”nin fəaliyyətində problem yaranıb. 

Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.  Kütləvi kiberhücumların cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Mütəxəssislər hazırda saytların işinin bərpa olunması istiqamətində çalışır. Xüsusi qeyd etmək istərdik ki, bu adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur. Eyni zamanda, bütün bu hücumlarla bağlı səlahiyyətli qurumlara məlumat verilib. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır”, - deyə T.İbrahimov bildirib.