Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.

OLAY oxu.az-a istinadən yazır ki, Nərmin Xudaverdiyeva bununla bağlı sosial media hesabında paylaşım edib.

N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:

"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".

Xatırladaq ki, Rüstəm Orucov 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə saxlanılıb və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.

Qeyd olunan məsələ ilə bağlı artıq Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciət əsasında araşdırma aparılır.

Generalın oğlu keçmiş sevgilisini təhdid edir?