Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədlinin doğum günüdür.
OLAY yazır ki, Azərbaycan jurnalistikasının ağsaqqalı sayılan C. Məmmədlinin 84 yaşı tamam olur.
1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olan C. Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.
İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 15 kitabın müəllifidir.
Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Professor 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.