Müğənni Ayan Babakişiyeva Xalq artisti Aygün Kazımovanın ad günündə yer almama səbəbini açıqlayıb.

OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda yazıb:

“Dünəndən bəri hər kəs, o cümlədən izləyicilərim bunu məndən soruşur. Səhhətimdə yaranan bəzi problemlərə görə ürəyimdə bambaşqa yeri olan Aygün Kazımovanın ad günündə iştirak edə bilmədim. Məni tanıyan və bilən hər kəs onun mənim üçün nə qədər dəyərli olduğunu bilir. Dəvət olunmuşdum və səhnə çıxışım da planlaşdırılmışdı. Sadəcə iştirak edə bilmədim”.