“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli illər sonra öz görüntüsünü paylaşıb.
OLAY yazır ki, Nicat videosunu instaqram izləyiciləri ilə bölüşüb.
Onun bu postu qısa zamanda diqqət çəkib.
Qeyd edək ki, 2023-ün avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.