Azərbaycanlı rəssam Ülviyyə İmanın əsərləri Londonda nümayiş olunub.
OLAY yazır ki, sərgi “Gazelli Art House“da baş tutub. Gecədə onun 4 əsəri - “The End (Meyxana)”, “Aşurə” və 2 avtoportret təqdim edilib.
Ən çox diqqət çəkən meyxanaçılar haqda olan rəsm əsəri olub.
Belə ki, rəsmdə 2017-ci ildə yayımlanan “Biləsən, şair” adlı deyişmə meyxana videosu əks olunub. Şəkildə mərhum meyxanaçılar Aydın Xırdalanlı, Vüqar Biləcəri, həmçinin, Rəşad Dağlı, Balaəli, Xudabaxış və Mirfərid yer alıb.
Jurnalist Orxan Məmmədli bu video barədə maraqlı informasiya verib:
“9 il əvvəl - 2017-ci ildə gerçək həyat epizodu olan bu rəsmin xatıratında 90-lara gedib çıxmaq olar.
Bilmirdim, yaxınlarda istedadlı həmkarımız Sərdar Amin dedi ki, “Biləsən, şair” adlı bu məşhur qafiyə mərhum Nizami Rəmzinin “Biləsən, Vahid” adlı siyasi kataklizmlərə, sosial çətinliyə həsr etdiyi musiqili meyxanasına nəzirədir”.