WOW
WOW

TikTok-da rekord qıran zərli saçlar...

TikTok-da rekord qıran zərli saçlar...

Saçlarımızı tez-tez dəyişir, daha fərqli bir görünüş üçün gözəllik salonlarını dolaşırıq. Hər il yeni trendlər çıxır və cürbəcür saç rəngləri, modelləri dəb sayılır. Bu günlərdə isə “Pəri saçları” da adlandırılan zərli saçlar trenddir. 

OLAY yazır ki, hətta bu saç modeli yenidən trend olmaqla yanaşı, TikTok-da da izlənmə rekordu qırır. 

Belə ki, bu qədər parıltılı və rəngli saçların yenidən dəb olması həm də 90-cı illərə dönüş kimi də qiymətləndirilir. Zərli saçlar TikTok-da 85 milyondan çox izlənilib. 

Saçlarınıza zərləri gözəllik salonlarında taxdıra, ya da evdə özünüz edə bilərsiniz. Təbii bunu bir peşəkarın etməsi daha yaxşı nəticə verə bilər. Lakin siz özünüz də bacarıqlarınızı göstərib düzəldə bilərsiniz. 

Bir də bu saç aksesuarını taxdıqdan sonra diqqət etməli olduğunuz məqamlar var. Məsələn, düzləşdiricidən istifadə etməyin. Çünki zərləriniz və saçlarınız yana bilər. Düzgün qulluq etsəniz 2-3 ay zərlərdən istifadə edə bilərsiniz.