WOW
WOW

Pərvinin ilham verən saç modelləri...

Pərvinin ilham verən saç modelləri...

Gənc aktrisa Pərvin Abıyeva istər yer aldığı proqramlardakı tərzi, istərsə də günlük həyatında İnstaqramda paylaşdığı libasları ilə xeyli insan tərəfindən bəyənilir.

Ancaq budəfəki mövzumuz Pərvinin tərzi yox, gözəlliyinə xüsusi yön verən saç modelləridir.

OLAY aktrisanın İnstaqram hesabına nəzər yetirib və rahatlıqla, tez-tez istifadə etdiyi saç modellərini bir araya gətirib. Diqqətimizdən yayınmayan bir şey var: sırğa saç üçün önəmli bir aksessuar olsa da, Pərvin Abıyeva ondan ya istifadə etmir, ya da çox az istifadə edir.

Cennifer Lopez tərzi

Uzun illər Cey Loda görməyə öyrəşdiyimiz yüksəkdə toplanmış yarım saç modeli zaman-zaman Pərvin Abıyevanın “radar”ına düşür. Pərvin bu saç modelini ən çox çəkilişlərdə istifadə etməyi sevir.

Kəkilli yarımçıq yığılmış saç…

Pərvin Abıyeva kəkilli saç modeli yaraşan məşhurlardandır. Yarımçıq yığılmış saçı çox asanlıqla tətbiq edə bilərsiz.

Mini hörüklər

Son zamanların gənc, enerjili, modern, romantik və bir o qədər də şıq saç modelləri arasında mini hörüklər var. Siz də açıq qoyduğunuz saçlarınızın ön qismindən iki nazik topa tutaraq hörə bilərsiz. Saçlarınız dalğalı da ola bilər, düz də. Üstəlik saçaqlarınızı və orta uzunluqda olan kəkillərinizi də bu hörüklərlə şəkilləndirə, trend bir görünüş yaxalaya bilərsiz. Yaxud elə bu fotodakı tərzə də üstünlük vermək imkanınız var.

Qıvırcığın zərifliyi

Pərvinin xəfif təbii qıvırcıq formasında açıq qoyduğu saç görüntüsü də ona çox yaraşır. Siz də öndən azca yana ayıraraq qıvırcıq saçlarınızı həm günlük tərzinizdə, həm də partilərdə istifadə edə bilərsiz.

Zəhmətsiz toppuz

Toppuzlardan vaz keçmək mümkün deyil. Abıyeva kimi saçaqlı bir tərz istəyirsizsə, ön hissəsindən xəfif bir şəkildə dağıtmaqla və topalar çıxarmaqla saçlarınız qüsursuz görünər. Toppuzun mükəmməlikdən uzaq olması, dağınıq bir görüntüdə olması olduqca vacibdir.

Can qurtaran hörüklər

Xüsusilə bohem yay tərzində “over size” pencəklər və kimono şəklində birlikdə istifadə edə biləcəyiniz bir saç modelidir. Saçlarınızın ön və yan hissəsindən nazik topalar saxlamaq şərtilə rahat bir hörük ərsəyə gətirin və onu yana doğru əyin.

Sevimli bandanalar

Pərvinin bandana sevgisi də gözümüzdən yayınmayıb. Bakının aksessuar mağazaları, yaxud İnstaqramdan onlayn sifarişlə saçlarınızı rəngarəng dünyayla bağlaya, tərzinizə başqa bir atmosfer verə bilərsiz.

İslaq-İslaq...

Daha çox xüsusi dəvətlər, dəniz və hovuzkənarı istirahət üçün olduqca maraqlı tərzdir, qulaqlarınız buna imkan verəcək ölçüdədirsə, istifadə etməyiniz məsləhətlidir.

Yuxarıdakılardan savayı Pərvinin müxtəlif tərzlərdə olan saç düzümlərini təqdim edirik: