WOW
WOW

“Bir çox kitabda seks zamanı zikr edə bilərsiniz deyilir”

“Bir çox kitabda seks zamanı zikr edə bilərsiniz deyilir”

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastının bu dəfəki qonağı aktyor Kamran Ağabalayev olub.

OLAY yazır ki, ikilinin əsas müzakirə mövuzusu qadın-kişi, ailə mövzusunda olub:

“Mən sənə seksin abbreviaturasını versəm və səni qane eləsə və məncə qane etməlidir: “Soul emotional exchange “ burada niyə Allahdan uzaq qalasan? Yəni bir çox kitablar, qaydalar var ki, orada cinsi əlaqə zamanı zikr edə bilərsiz deyə deyilir. Ən azından 2 alimin adını çəkmək olar ki, onlar cinsi əlaqə zamanı zikr etməyi təsdiqləyir. Yəni kimdən nəyi gizlədirik? Yaradılış var, yaradan var mən nəyi gizlədirəm? Mən niyə gizlədirəm? Mən bunu ritual hesab etmirəm bu işin dediyim kimi “soul” tərəfi var. Yəni fizika tərəfindən baxsaq, bu olur heyvani instinq, amma bunun qəlbən olan tərəfi də var axı. Bizdə bu mövzu həmişə ayıb olub, qoyublar qırağa. Niyəsə bu hissdən utanırlar amma həmin anda enerji partlaması olanda heç kim utanmır və utanmamalıdırlar. Bəs o anda utanmadığınız şeyi danışanda niyə utanırsız? Mən demirəm bunu bar-bar bağırmaq lazımdır, amma bir şeydən ki, siz dünyaya gəlmisiz bunun ayıb olduğunu niyə düşünürsüz? Mənə çox ok-dir bu abbreviatura seks: Qəlblərin qarşılıqlı dəyişilməsi – hər şey varda bunun içində.

Düşünürsüz ki, Azərbaycan kişisi öz qadınını müqəddəsləşdirir? – Mən belə düşünmürəm. Azərbaycan kişisi həyat yoldaşını müqəddəsləşdirsəydi, nə dərdi? Azərbaycan kişisi daha çox özünü müqəddəsləşdirib. Evdəkilər... Səncə evdəkilər demək müqəddəsləşdirməkdi? Yəni sən bir insanın heç adını çəkmirsən. Adını çəkməyə-çəkməyə belə üzr istəyirsən. Mən çox istərdim yaxşı mənada bəylər öz xanımlarını müqəddəsləşdirsinlər, amma elə deyil, bu sadəcə qəlibləşdirmədir. Son hansı filmdə Azərbaycan qadınının mətbəxtə olmadığını görmüşük? Bu bir azda qadınların günahıdır, çünki buna qarşı biraz aktiv mübarizə aparmalısınız. Bu danışdıqlarımızı əxlaqsızlıq kimi düşünənlər özlərini qəbul etməyənlər, valideynlərini qəbul etməyən adamlardır. Onlar yəqin hacıleyləklə həyata gəliblər.

Bəzi qadınlar qadın olmadan qocalmaqdan qorxurlar. Elə bilirsən bütün qadınlar qadın olub qocalırlar? Mən bilirdim ki, bu mövzu əvvəl-axır biz kişilərin başında çatlamalı idi. Bu işdə bizim günahımız yüz faiz var. Biz sizi ya qadın edə bilirik, ya da edə bilmirik. Bu qarşılıqlı olmalıdır. Bir tərəfli necə tenis oynaya bilərsən? Ancaq divarla bunu edə bilərsən . Divarlada oynasan qocalırsan. Ancaq qarşılıqlı oynayırıqsa, sən mənə özümü kişi hiss etdirməlisən, mən də sənə qadın olduğunu. Bu təbiət hadisəsidir də, təbiət bizi belə yaradıb. Təbiət bizi yaratmamışdı ki, biz binalar tikəcəyik, evimiz, maşınımız olacaq. O bizi yaratmışdı ki, bu agaclardır, bu qadındır, bu sənsən, bu isə ovdur. Gedirsən ova, gəlirsən ocağın qoruyucusu var, onu xoşbəxt etməlisən. Çox kiçik xoşbəxtliyimiz vardır, amma yenə də deyirəm bu qarşılıqlı olmalıdır. Qadın, qadın olmadan qocalırsa, bu bədbəxtlikdir. Eyni şey kişiyə də aiddir. Çox kişilər də kişi olmadan qocalırlar. Bir daha deyirəm bu qarşılıqlı olmalıdır tenisdəki kimi “t” dedim aaa..”.