Xalq yazıçısı Çingiz Abdullayev mərhum Əməkdar artist Cabir İmanovla bağlı danışıb.

OLAY yazır ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib.

Ç. Abdullayev mərhum aktyorla bağlı mənfi rəy yazan şəxslərə irad bildirib:

“Cabirlə münasibətimiz çox gözəl idi. Mən hər zaman o uşaqları dəstəkləmişəm. Bəzi adamlar başa düşmürlər ki, bu insan dünyadan köçüb, amma ata-anası sağdır, 4 övladı, qardaşı var. Bir az insafınız olsun. Onun haqqında yazan insanlar Allahsızdırlar. Bəlkə də sağlığında nə isə xoşuna gəlməyib, lakin insan vəfat edib. İnsafın olsun, bunu yazma! Bir az döz, özünü sıx. Öz çirkabını mütləq çıxarmalısan ki, hamı oxusun?! Allah Cabirə rəhmət etsin. Cavan yaşında vəfat etməyi çox insana təsir etdi”.

Qeyd edək ki, C. İmanov sentyabrın 29-u 49 yaşında qəfil dünyasını dəyişib.